satellite   Azerspace-1: 11135 H 30000

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub - FOTOLAR

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub<font color=red> - FOTOLAR</font> BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzində (BMTMM) Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib.

BMTMM-dən NTV-yə bildirilib ki, tədbirdə Milli Məclisin deputatları, yerli beyin mərkəzlərinin, ali təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də müvafiq sahələr üzrə ekspertlər iştirak ediblər.

Dəyirmi masa çərçivəsində Prezident İlham Əliyevin çıxışında əksini tapan əsas strateji prioritetlər, o cümlədən milli təhlükəsizliyin gücləndirilməsi, iqtisadi və maliyyə müstəqilliyinin təmin olunması, müstəqil və çoxşaxəli xarici siyasətin həyata keçirilməsi, dünyəvi dövlət modelinin qorunması, ideoloji təhlükəsizlik və informasiya təhdidlərinə qarşı mübarizə, milli birlik və ənənəvi dəyərlərin qorunması, Böyük Qayıdış, iqtisadiyyatın şaxələndirilməsi, habelə regional və beynəlxalq təhlükəsizlik çağırışları ətrafında müzakirələr aparılıb.

İştirakçılar Prezident İlham Əliyevin çıxışının siyasi-strateji əhəmiyyətini, konseptual məzmununu, nəzəri-metodoloji əsaslarını və proqram xarakterli müddəalarını təhlil edərək onların Azərbaycanın uzunmüddətli inkişaf strategiyası, milli maraqların qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı mövcud geosiyasi reallıqlar, regional və beynəlxalq təhlükəsizlik mühitində baş verən dəyişikliklər, eləcə də yeni çağırışlar barədə müxtəlif ekspert yanaşmaları təqdim olunub.

Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi ilə işini davam etdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM