Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyə hökumətinin inflyasiya ilə mübarizədə gördüyü tədbirlər kompleksinin uğurlu olduğunu bildirib.
NTV xəbər verir ki, BVF Türkiyənin sabit artım və dezinflyasiya prosesi arasında tarazlığı qoruya bildiyini qeyd edib.
Fondun məlumatına görə, sərt pul-kredit siyasəti sayəsində ölkədə inflyasiya səviyyəsi 2024-cü ilin sentyabr ayındakı 49,4%-dən 2025-ci ilin dekabr ayında 30,9%-ə düşüb.
“2024-cü ilin ortalarında kiçik bir ləngimədən sonra Türkiyənin ÜDM artımı güclü olaraq qalır və qiymətləndirmələrə görə 2025-ci ildə 4,1% təşkil edəcək. Türk lirəsinə tələbat artır, bu da beynəlxalq ehtiyatları dəstəkləyir, cari hesab kəsiri isə adekvat səviyyədə qalır”, - deyə BVF-nin məlumatında vurğulanır.
