satellite   Azerspace-1: 11135 H 30000

Rubio: ABŞ və Avropa dünya nizamını birgə islah edə bilər

Rubio: ABŞ və Avropa dünya nizamını birgə islah edə bilər

ABŞ-ın Dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bildirib ki, ABŞ və Avropa qlobal çağırışlara birlikdə cavab verməlidir.

NTV xəbər verir ki, Rubionun sözlərinə görə, Amerika Birləşmiş Ştatları dünya nizamını təkbaşına islah etməyə hazırdır, lakin bunu özünün ən yaxın müttəfiqi olan Avropa ilə birgə həyata keçirməyi üstün tutur. Rubio Ukrayna məsələsinə toxunaraq qeyd edib ki, ABŞ hələ də Rusiyanın müharibəni dayandırmaq niyyətinin nə dərəcədə ciddi olduğunu bilmir. Onun sözlərinə görə, danışıqlarda bəzi məsələlər razılaşdırılıb, lakin əsas çətin mövzular açıq qalır. Dövlət katibi çərşənbə axşamı Ukrayna üzrə yeni görüşün keçiriləcəyini də açıqlayıb.

Rubionun Münhen Təhlükəsizlik Konfransındakı çıxışı Avropada maraqla gözlənilirdi. Keçən il ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens Avropanı demokratiya ilə bağlı sərt tənqid etmişdi. Konfransın sədri Volfqanq İşinger Rubionun çıxışının Avropada rahatlıqla qarşılandığını bildirib. Rubio transatlantik alyansın gücləndirilməsinin vacibliyini vurğulayıb və ABŞ-la Avropanın birlikdə təhlükəsizliyini qoruya biləcəyini deyib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM