satellite   Azerspace-1: 11135 H 30000

NATO ölkələri sualtı qayıqlara qarşı müdafiə təlimləri keçirəcək

NATO ölkələri sualtı qayıqlara qarşı müdafiə təlimləri keçirəcək

Fevralın 23-dən martın 6-na qədər Şimali Atlantika Alyansına üzv ölkələrin bölmələri hər il keçirilən "Dynamic Manta-2026" dəniz təlimlərini icra edəcəklər.

NTV-nin məlumatına görə, manevrlər Aralıq dənizinin mərkəzi hissəsində, İtaliyanın ərazi sularında keçiriləcək.

Təlimlərdə sualtı qayıqlara qarşı müdafiə tapşırıqları icra ediləcək. Xüsusilə söhbət sualtı qayıqların aşkar edilməsi və izlənilməsi üzrə taktik manevrlərdən gedir.

Bundan əlavə, təlimlər aviasiya və dəniz qüvvələrinin fəaliyyətlərinin koordinasiyasını, kəşfiyyat məlumatlarının mübadiləsini və dərin sularda, eləcə də sahilyanı əməliyyatlar şəraitində birgə planlaşdırmanı əhatə edir.

Bu cür tədbirlər hər il NATO-nun sualtı müharibə üzrə əsas çoxmillətli təlimlərindən biri kimi təşkil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM