satellite   Azerspace-1: 11135 H 30000

Kim Çen İn yenidən Koreya Əmək Partiyasının sədri seçilib

Kim Çen İn yenidən Koreya Əmək Partiyasının sədri seçilib

Pxenyanda keçirilən Koreya Əmək Partiyasının (KƏP) IX qurultayında nümayəndələr ölkə lideri Kim Çen İnin yenidən sədr vəzifəsinə seçilməsinə səs veriblər.

NTV xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

"Dövlətin və xalqın başında duraraq sosializm işini qələbəyə aparmaq üçün məsul vəzifə tutan KƏP rəhbərinin seçkiləri partiyanın rəhbər qüvvəsinin, vətənin və xalqın gələcəyinin asılı olduğu ən mühüm işdir və partiyanın ali rəhbər orqanı olan partiya qurultayının fəaliyyətində böyük əhəmiyyətə malikdir. Bu qurultay yoldaş Kim Çen İnin KƏP-nin ali postuna yenidən seçilməsi haqqında ehtiramlı təklifi tamamilə dəstəkləmiş və təsdiqləmişdir", - agentlik qeyd edib.

Əmək Partiyasının IX qurultayı fevralın 19-da Pxenyanda işinə başlayıb. Qurultayda partiyanın səkkizinci çağırış mərkəzi rəhbər orqanının 224 üzvü və bütün partiya təşkilatlarından seçilmiş 4 776 nümayəndə - ümumilikdə 5 min nəfər iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM