satellite   Azerspace-1: 11135 H 30000

Filippinin cənub sahillərində 6 balıqçı itkin düşüb

Filippinin cənub sahillərində 6 balıqçı itkin düşüb

Filippinin cənubunda altı balıqçı itkin düşüb.

NTV yerli mənbələrə istinadla xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi məlumat yayıb. Bildirilib ki, balıqçılar cümə günü Manay şəhəri yaxınlığındakı sularda motorlu qayıqla balıq ovuna çıxıblar, lakin geri qayıtmayıblar.

Filippin Sahil Mühafizəsinin Cənubi Mindanao dairəsi dənizçilərə və yerli balıqçılıq icmalarına axtarış-xilasetmə əməliyyatına dəstək vermək çağırışı edib. Səlahiyyətlilər balıqçıların sonuncu dəfə görüldüyü əraziyə axtarış qruplarının göndərildiyini və yerli qurumlarla koordinasiyanın davam etdiyini bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM