satellite   Azerspace-1: 11135 H 30000

İsraildə orta əsrlərə aid nadir Səlibçi qılıncı tapılıb

İsraildə orta əsrlərə aid nadir Səlibçi qılıncı tapılıb

İsrailin şimal sahillərində, Dor çimərliyi yaxınlığında Hayfa Universitetinin tələbəsi dəniz dibindən orta əsrlərə aid nadir Səlibçi qılıncı tapıb.

NTV İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, təxminən XII əsrə aid olan bu qılınc tək əllə istifadə üçün nəzərdə tutulub və vaxtilə Avropadan gətirilib.

Tapıntı dərhal universitet və İsrail Antik Əsərlər İdarəsinin konservasiya laboratoriyasına təhvil verilib. Ekspertlərin fikrincə, bu artefakt Səlib yürüşçülərinin gündəlik həyatı, döyüş taktikaları və həmin dövrün dənizçilik tarixi barədə dəyərli məlumatlar ötürür.

Qılınc bərpa prosesindən sonra yaxın zamanda Hayfa Universitetinin nəzdindəki Heçt Muzeyində geniş ictimaiyyətə təqdim olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM