satellite   Azerspace-1: 11135 H 30000

Polşanın sabiq Baş naziri 370 milyon dollar mənimsəməkdə ittiham olunur

Polşanın sabiq Baş naziri 370 milyon dollar mənimsəməkdə ittiham olunur

Polşa hökuməti 2022-ci ildə Qazaxıstan, Avstraliya və Kolumbiyadan 1,3 milyard zlotı (təxminən 370 milyon dollar) dəyərində kömürün alınması ilə bağlı mümkün maliyyə pozuntuları barədə prokurorluğu məlumatlandırıb.

NTV xəbər verir ki, Polşanın daxili işlər naziri Marçin Kervinski Strateji Ehtiyatlar Agentliyinin ötən həftə mümkün cinayət faktı ilə bağlı prokurorluğa müraciət etmək qərarına gəldiyini deyib. Onun sözlərinə görə, kömür tədarükü ilə bağlı müvafiq qərar həmin vaxt Baş nazir vəzifəsini icra edən Mateuş Moravetski tərəfindən qəbul edilib. Nəticədə satın alınan 750 min ton kömürün 40 faizi ev təsərrüfatları üçün yararsız kömür tozundan ibarət olub.

Bundan əlavə, kömürün saxlanması üçün dövlət büdcəsindən əlavə 200 milyon zlotı (təxminən 57 milyon dollar) vəsait xərclənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM