satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasının keçirilməsi yenidən gündəmə gəlib

Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasının keçirilməsi yenidən gündəmə gəlib

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının keçirilməsi müzakirə olunub.

NTV bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr nazir Məcnun Məmmədovun Latviyanın Azərbaycandakı səfiri Edqars Skuyanın görüşündə aparılıb.

Xatırladaq ki, Hökumətlərarası Komissiyanın 8-ci iclası 2022-ci ilin mayında Riqada keçirilib. 9-cu iclas ötən il mayın 12-də keçirilməli olsa da, əvvəlcə ötən ilin payızına qədər, daha sonra isə qeyri-müəyyən müddətə təxirə salınmışdı.

M.Məmmədov səfirlə görüşdə həmçinin Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib. O, bildirib ki, ölkədə reallaşdırılan aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət dəstək tədbirləri həyata keçirir.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, Latviyalı sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.

E.Skuya ölkəsinin Azərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Tərəflər aqrar əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM