satellite   Azerspace-1: 11135 H 30000

Almatıda qızılcaya yoluxma halları artıb

Almatıda qızılcaya yoluxma halları artıb

Qazaxıstanın Almatı şəhərində qızılca xəstəliyinə yoluxma halları artıb.

NTV  “Qazinform” agentliyinə istinadla xəbər verir ki, yoluxma halları 2025-ci ilin noyabrından etibarən artmağa başlayıb. Həmin ay 30, dekabrda isə 142 yoluxma qeydə alınıb. 2026-cı ilin əvvəlindən indiyədək 591 təsdiqlənmiş qızılca halı aşkarlanıb. Yoluxanların 94,2 faizini 14 yaşadək uşaqlar təşkil edir.

Məlumatda qeyd olunur ki, virusa yoluxanların 89,1 faizi qızılcaya qarşı peyvənd olunmayıb. Peyvənd olunmuş 37 nəfərdən 36-sı vaksinasiyanı natamam alıb.

Təhsil müəssisələrində sanitar-epidemioloji tədbirlər gücləndirilib.

Mütəxəssislər bildirirlər ki, qızılca və onun ağırlaşmalarının qarşısının alınmasında peyvənd yeganə effektiv vasitədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM