satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyalı mütəxəssislərlə kritik informasiya infrastrukturunun mühafizəsi barədə təcrübə mübadiləsi aparılıb - FOTOLAR

Yaponiyalı mütəxəssislərlə kritik informasiya infrastrukturunun mühafizəsi barədə təcrübə mübadiləsi aparılıb<font color=red> - FOTOLAR</font> Yaponiyalı mütəxəssislərlə kritik informasiya infrastrukturunun mühafizəsi barədə təcrübə mübadiləsi aparılıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) Yaponiyanın Kompüter İnsidentlərinə Qarşı Mübarizə və Koordinasiya Mərkəzinin (JPCERT/CC) nümayəndə heyəti ilə görüş keçirilib.

NTV XRİTDX-nin məlumatına istinadla xəbər verir ki, görüşdə XRİTDX tərəfindən baş idarə rəisinin müavini Tural Məmmədov və Xidmətin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT.GOV.AZ) rəhbəri Murad Balayev, JPCERT/CC tərəfindən isə Mərkəzin Koordinasiya bölməsinin rəhbəri Dr. Koichiro Komiyama və həmin bölmənin əməkdaşı Shihono Yonezawa iştirak edib.

Görüş zamanı hər iki ölkənin aparıcı CERT qurumlarının fəaliyyəti barədə təqdimatlarla çıxışlar olub, kibertəhlükəsizlik sahəsində mövcud çağırışlar və tətbiq olunan yanaşmalar müzakirə edilib. Tərəflər milli səviyyədə insidentlərin idarə olunması mexanizmləri, erkən xəbərdarlıq sistemləri, kritik informasiya infrastrukturunun mühafizəsi istiqamətində görülən işlər və əməliyyat təcrübələri barədə məlumat mübadiləsi aparmışlar.

Müzakirələr çərçivəsində Təhlükəsizlik Əməliyyatları Mərkəzlərinin (SOC) fəaliyyəti, kibertəhlükəsizlik insidentlərinin araşdırılması və rəqəmsal forensika proseslərinin təşkili, müasir hücum vektorlarının aşkarlanması üsulları və texniki analiz yanaşmaları barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, süni intellekt əsaslı həllərin tətbiqi zamanı təhlükəsizlik tələbləri, bu texnologiyaların yaratdığı yeni risklər və onların idarə olunması mexanizmləri müzakirə edilmiş, praktiki təcrübələr paylaşılmışdır.

Görüş zamanı beynəlxalq əməkdaşlığın kibertəhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığı vurğulanmış, CERT qurumları arasında operativ informasiya mübadiləsinin və birgə fəaliyyət mexanizmlərinin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib. Tərəflər gələcəkdə əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı maraqlarını ifadə ediblər.

Yekunda görüşün iki ölkənin kibertəhlükəsizlik qurumları arasında əlaqələrin möhkəmləndirilməsinə və qarşılıqlı etimadın daha da artırılmasına töhfə verəcəyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM