satellite   Azerspace-1: 11135 H 30000

Sorğu: Ukrayna Prezidentinə etimad səviyyəsi artıb

Sorğu: Ukrayna Prezidentinə etimad səviyyəsi artıb

Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimad səviyyəsi fevral ayı ilə müqayisədə 9 faiz artıb. Mart ayının əvvəlində respondentlərin 62 faizi onu dəstəkləyib.

NTV bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) sorğusunun nəticələrinə istinadla xəbər verir.

Zelenskiyə etibar edən vətəndaşların 62 faizindən 28 faizi Prezidentə “tam” etimad göstərir, əksəriyyəti (34 faiz) isə ona “daha çox” etibar edir. Lakin respondentlərin 32 faizi ona etimad göstərmir.

Prezidentə etimadın səviyyəsi yanvar ayının sonu ilə fevralın ortaları arasında 61 faizdən 53 faizə qədər əhəmiyyətli dərəcədə azalmışdı. Eyni zamanda, ona etibar etməyənlərin sayı 33 faizdən 41 faizə yüksəlmişdi.

Etimad səviyyəsində ən böyük azalma təhlükəsizlik zəmanətləri müqabilində Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını təsdiqləməyə hazır olan vətəndaşlar arasında baş verib. Xüsusilə, belə bir tələbi qəbul edənlər arasında etimad səviyyəsi yanvar ayının sonu ilə fevralın ortaları arasında 30 faizdən 23 faizə düşmüşdü.

“Könülsüz razılaşanlar arasında bu, 58 faizdən 43 faizə, tərəddüd edənlərdə isə 59 faizdən 42 faizə düşüb. Lakin belə bir təklifi qəti şəkildə rədd edənlər arasında etimad səviyyəsi yanvar ayının sonunda 68 faiz, fevralın ortalarında isə 64 faiz olub ki, bu da faktiki olaraq dəyişməyib”, -deyə KIIS qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM