Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazının açılması üçün ABŞ və digər müttəfiqlərinə hərbi dəstək göstərməyə hazırlaşır.
NTV xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, BƏƏ BMT Təhlükəsizlik Şurasında boğazın güc yolu ilə açılmasına imkan verəcək qətnamənin qəbul olunması üçün lobbiçilik aparır.
Nəşrin mənbələri bildirir ki, BƏƏ diplomatları ABŞ-ni, eləcə də Avropa və Asiya ölkələrinin hərbi qüvvələrini bu məqsədlə koalisiya yaratmağa çağırıblar.
Həmçinin qeyd olunur ki, BƏƏ İranın boğaz üzərində nəzarətini zəiflətmək üçün verə biləcəyi mümkün hərbi töhfələri nəzərdən keçirir.
