satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin zirehli texnikaları Pakistana ixrac ediləcək - FOTOLAR

Türkiyənin zirehli texnikaları Pakistana ixrac ediləcək <font color=red> - FOTOLAR</font> Türkiyənin zirehli texnikaları Pakistana ixrac ediləcək <font color=red> - FOTOLAR</font> Türkiyənin zirehli texnikaları Pakistana ixrac ediləcək <font color=red> - FOTOLAR</font>

Türkiyə və Pakistan arasındakı hərbi əməkdaşlıq yeni müstəviyə qədəm qoyur. NTV Türkiyə mediasına istinadən xəbər verir ki, "Otokar" şirkətinin Qazaxıstandakı müştərək müəssisəsi tərəfindən istehsal olunan zirehli nəqliyyat vasitələri Pakistan ordusunun sıralarına qoşulmağa hazırlaşır.

Məlumata görə "Otokar"ın Qazaxıstandakı törəmə şirkəti olan "Besqaru" tərəfindən istehsal edilən zirehli maşınlar Pakistan təhlükəsizlik qüvvələrinin istifadəsinə veriləcək. Bu tədarük təkcə Türkiyə və Pakistan arasındakı bağları deyil, həm də Türk dövlətləri arasındakı sənaye tərəfdaşlığının nəticələrini göstərir. Qazaxıstanda istehsal olunan Türkiyə texnologiyasının üçüncü bir ölkəyə (Pakistan) ixrac edilməsi regionda yeni hərbi-iqtisadi modelin uğuru kimi qiymətləndirilir.

Yüksək manevr qabiliyyəti və üstün mühafizə sistemləri ilə tanınan "Cobra II" maşınları Pakistanın mürəkkəb coğrafiyası üçün ideal seçimdir. Bir sözlə bu addım Pakistanın son illərdə Türkiyədən aldığı müxtəlif sistemlərdən sonra quru qoşunlarının modernləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.

Nəriman Nəcəfov

NTV

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM