İrlandiyanın xarici işlər, ticarət və müdafiə naziri Helen Makenni Kiyevə ilk səfəri zamanı Ukraynaya humanitar yardım üçün əlavə 40 milyon avro ayrıldığını elan edib.
NTV-nin Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, o, bu barədə ukraynalı həmkarı Andrey Sibiqa ilə mətbuat konfransında bildirib.
"Ukraynada humanitar yardım və sabitləşmənin dəstəklənməsi üçün əlavə 40 milyon avro ayrıldığını bildirməkdən məmnunam", – A.Sibiqa qeyd edib.
Beləliklə, bu il İrlandiyanın humanitar yardım və dəstəyinin ümumi həcmi 65 milyon avro təşkil edəcək.
