Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Soçi hava limanında müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini açıqlayıb.
NTV TASS agentliyinə istinadla xəbər verir ki, hava limanı hazırda təyyarələrin qəbulunu və yola salınmasını həyata keçirmir.
“Soçi hava limanı: Təyyarələrin gəlişi və yola düşməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – deyə rəsmi açıqlamada bildirilir.
