satellite   Azerspace-1: 11135 H 30000

İsveçdə Epşteyn işi üzrə araşdırmanın aparılmasından imtina edilib

İsveçdə Epşteyn işi üzrə araşdırmanın aparılmasından imtina edilib

İsveçin hakim partiyaları Ceffri Epşteynin ölkə ilə əlaqələrinin müstəqil şəkildə araşdırılması barədə təklifi rədd ediblər.

NTV  xəbər verir ki, fevral ayında Norveç parlamenti cinsi istismar cinayətlərinə görə məhkum olunmuş Ceffri Epşteynin fəaliyyəti ilə bağlı araşdırma aparmaq üçün komissiya yaradıb. Bundan sonra Mərkəz Partiyası İsveçdə də analoji araşdırmanın keçirilməsi barədə ədliyyə məsələləri üzrə komitəyə təklif təqdim edib.

“Epşteyn faylları” adlandırılan materiallarda İsveçlə bağlı bir sıra əlaqələr qeyd olunur. Belə ki, İsveçin yüksək vəzifəli diplomatı Liza Svenssonun Epşteyndən bağlamalar aldığı və onun mənzilində yaşadığı bildirilir.

Bundan başqa, sahibkar qadın Barbru Ehnbom vasitəsilə ianələr qəbul edən Stokholm İqtisadiyyat Məktəbi ilə əlaqələrin olduğu vurğulanır, eləcə də Epşteynin keçmiş isveçli rəfiqəsinin ABŞ məhkəməsində onun məhkum olunmuş şəriki Gisleyn Maksvellin xeyrinə ifadə verdiyi qeyd edilir.

Bununla belə, parlament komitəsində çoxluq araşdırmanın aparılmasının əleyhinə səs verib və bunu digər cinayət işlərinə maneə yarada biləcəyi ilə izah edilib. Eyni zamanda, hökumət yeni məlumatlar ortaya çıxacağı təqdirdə gələcəkdə məsələyə qayıtmaq imkanını istisna etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM