satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada güclü külək nəticəsində aşan ağac üç nəfərin ölümünə səbəb olub

Almaniyada güclü külək nəticəsində aşan ağac üç nəfərin ölümünə səbəb olub

Almaniyanın Şlezviq-Holştayn əyalətinin Flensburq şəhəri yaxınlığında ağacın aşması nəticəsində azı üç nəfər ölüb.

NTV “Bild” qəzetinə istinadla xəbər verir ki, təxminən 30 metr hündürlüyündə ağac güclü külək nəticəsində bir qrup insanın üzərinə aşıb. Hadisə nəticəsində 21 yaşlı qadın və 10 aylıq övladı, eləcə də 16 yaşlı bir yeniyetmə həlak olub. Bundan başqa, bir neçə nəfər xəsarət alıb. Ağır xəsarət almış bir qadın xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalara görə, hadisə 50 sakinin Pasxa yumurtası axtarışı oyunu üçün üçün meşəyə gəzməyə çıxdıqları vaxt baş verib.

Xatırladaq ki, Almaniya Meteorologiya Xidmətinin proqnozunda ölkənin şimalında müşahidə olunan güclü küləyin sürətinin saatda 55-65, bəzi açıq ərazilərdə isə 80 kilometrə çatacağı bildirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM