İranın ən məşhur texniki ali təhsil müəssisələrindən biri olan Şərif Texnologiya Universiteti hava hücumuna məruz qalıb.
NTV xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.
Məlumata görə, Tehranda yerləşən universitetin ərazisində bir neçə partlayış baş verib. Hadisə nəticəsində dağıntı və ya tələfat barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
