satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreya Hörmüz boğazı ilə bağlı müdafiə nazirlərinin görüşündə iştirak edəcək

Cənubi Koreya Hörmüz boğazı ilə bağlı müdafiə nazirlərinin görüşündə iştirak edəcək

Cənubi Koreya Hörmüz boğazı ilə bağlı keçiriləcək müdafiə nazirlərinin çoxtərəfli görüşündə iştirak edəcək.

NTV Cənubi Koreya mediasına istinadla xəbər verir ki, bu barədə qərar Koreya tərəfindən idarə olunan yük gəmisinə edilən hücumdan sonra verilib. Müdafiə Nazirliyinin siyasi planlaşdırma üzrə baş direktoru Vu Kyunq Suk Böyük Britaniya və Fransanın həmsədrliyi ilə keçiriləcək virtual görüşdə iştirak edəcək. Bu, 40-dan çox ölkənin yüksək səviyyəli müdafiə rəsmilərini bir araya gətirən ilk belə yüksəksəviyyəli konfrans olacaq.

"Biz Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün beynəlxalq əməkdaşlıq üzrə müzakirələrdə fəal iştirak edirik, eyni zamanda, regiondakı vəziyyət və inkişafdan xəbərdarıq, müvafiq ölkələrlə sıx əlaqə saxlayırıq", - deyə Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd edək ki, mayın 4-də axşam saatlarında Hörmüz boğazındakı Cənubi Koreya şirkətinin idarə etdiyi “HMM Namu” adlı yük gəmisinin mühərrik bölümündə partlayış olub. Sonradan aparılan araşdırma nəticəsində partlayış və yanğının iki naməlum uçan obyektin hücumu nəticəsində baş verdiyi aydınlaşıb. Rəsmi Seul hadisəyə uyğun səviyyədə cavab veriləcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM