satellite   Azerspace-1: 11135 H 30000

Qətər Yəmən ərazi sularında neft tankerinin oğurlanmasını pisləyib

Qətər Yəmən ərazi sularında neft tankerinin oğurlanmasını pisləyib

Qətər çərşənbə axşamı günü Yəmənin ərazi sularında göyərtəsində bir neçə misirli dənizçinin olduğu neft tankerinin oğurlanmasını pisləyib.

NTV  rəsmi QNA agentliyinə istinadla xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi açıqlamasında tankerin Puntland bölgəsi yaxınlığındakı Somali ərazi sularına aparıldığını bildirib. Rəsmi Doha hadisəni beynəlxalq hüququn kobud şəkildə pozulması və dəniz təhlükəsizliyi və beynəlxalq ticarət üçün ciddi təhdid adlandırıb.

Nazirlik bildirib ki, Doha Misir və dənizçilərin ailələri ilə tam həmrəyliyini ifadə edir, heyət üzvlərinin təhlükəsizliyinin təmin edilməsinin və onların dərhal azad edilməsinin vacibliyini vurğulayır.

Qətər XİN dəniz naviqasiyasının və beynəlxalq su yollarından keçid sərbəstliyinin qorunması üçün beynəlxalq səylərin əlaqələndirilməsinə çağırıb, bu amilləri regional və qlobal təhlükəsizlik, sabitlik üçün zəruri hesab edib.

Misir bazar ertəsi günü göyərtəsində səkkiz misirli dənizçinin olduğu neft tankerinin Yəmən sahillərindən qaçırılaraq Somaliyə aparıldığını təsdiqləyib.

Bu təsdiq Yəmən hakimiyyətinin mayın 2-də cənub-qərbi Yəməndəki Şabva qubernatorluğu sahillərində göyərtəsində 12 misirli və bir hind dənizçisi olan gəminin piratlar tərəfindən qaçırıldığını bildirməsindən bir neçə gün sonra edilib.

Qaçırılan tankerdəki misirli dənizçinin həyat yoldaşı bildirib ki, piratlar onun azadlığa buraxılması üçün pul tələb ediblər.

Somali sahillərində 2008-2018-ci illər arasında geniş yayılmış piratçılıq fəaliyyəti, sonradan, bir neçə il ərzində azalıb, lakin 2023-cü ilin sonlarında regional gərginliyin artması fonunda dəniz quldurları yenidən ortaya çıxıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM