satellite   Azerspace-1: 11135 H 30000

Peskov Ukrayna münaqişəsinin başa çatmasının yaxın olduğunu bildirib

Peskov Ukrayna münaqişəsinin başa çatmasının yaxın olduğunu bildirib

Rusiya hesab edir ki, sülh prosesi çərçivəsində irəliləyiş Ukraynadakı münaqişəyə son qoyulmasının yaxın olduğunu göstərir.

NTV xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin münaqişəyə tez bir zamanda son qoyulmasının mümkünlüyü ilə bağlı fikirlərini şərh edərkən deyib.

Kremlin sözçüsü qeyd edib ki, Rusiya təmaslara açıqdır və ABŞ-nin davamlı vasitəçilik səylərini alqışlayır. Onun sözlərinə görə, artıq üçtərəfli formatda müəyyən işlər görülüb və münaqişənin dinc həlli üçün yaranan zəmin ona son qoyulmasının həqiqətən yaxın olduğunu göstərir.

Lakin Dmitri Peskov konkret son tarixləri müzakirə etməyin hələ tez olduğunu vurğulayıb. O, humanitar atəşkəsin başa çatdığını və xüsusi hərbi əməliyyatın davam etdiyini xatırladıb. Kremlin sözçüsü bildirib: “Kiyev rejimi və Zelenski məsuliyyəti öz üzərinə götürüb lazımi qərarları qəbul etdikdən sonra bu, istənilən an dayana bilər”.

D. Peskov, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Zelenski ilə danışıqlar üçün Moskvada və ya başqa yerdə görüşməyə hazırdır. Bununla belə, o qeyd edib ki, başqa bir ölkədə görüş yalnız nizamlama prosesi tam başa çatdıqda məna kəsb edir.

Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb: “Son nöqtənin qoyulması üçün hələ çoxlu ev işi görülməlidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM