satellite   Azerspace-1: 11135 H 30000

Makronun Keniyadakı davranışı Fransada kəskin reaksiya doğuru

Makronun Keniyadakı davranışı Fransada kəskin reaksiya doğuru

Emmanuel Makronun Keniyada keçirilən beynəlxalq forum zamanı davranışı Fransada siyasi mübahisələrə səbəb olub. Müxalif deputatlar prezidentin çıxışını müstəmləkəçi münasibət kimi qiymətləndiriblər.

NTV xəbər verir ki, hadisə “Africa Forward” çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı baş verib. Məlumata görə, Makron çıxış edən natiqlərin sözünü kəsərək səhnəyə qalxıb və iştirakçılardan sakit olmalarını tələb edib.

Fransa prezidenti salondakı səs-küyə reaksiya verərək, mikrofonu aparıcının əlindən alıb və auditoriyaya müraciət edib. “Bağışlayın, amma burada bu qədər ilhamverici insanlar mədəniyyət haqqında danışarkən belə səs-küyün olması qəbuledilməzdir. Əgər ikitərəfli görüş keçirmək və ya başqa mövzular müzakirə etmək istəyirsinizsə, bunun üçün ayrıca yerlər var. Zalı tərk edin”, – deyə Makron bildirib.

Məsələyə siyasətçilərdən reaksiya gəlib. “Əyilməz Fransa” (LFİ) partiyasının deputatı Danyel Obono sosial şəbəkə platformasında paylaşım edərək Makronun davranışını tənqid edib. “Makron Afrika qitəsinə ayaq basan kimi özünü müstəmləkəçi kimi aparır”, – deyə deputat yazıb.

Həmin partiyadan olan digər deputat Nadej Abomanqoli isə hadisənin videosunu paylaşaraq, prezidentin davranışını ABŞ-nin məşhur “The Office” serialındakı obrazla müqayisə edib. “Bu, “The Office”dən Maylkl Skott deyil. Bu, Keniyada özünü müstəmləkəçi kimi aparan Fransa prezidentidir”, – deyə o qeyd edib.

Makronun çıxışı sosial mediada geniş rezonans doğurub. Bir çox istifadəçi Fransa prezidentinin davranışını tənqid edərək bunun Afrikaya münasibətdə köhnə paternalist yanaşmanın nümunəsi olduğunu bildirib.

Hadisə Fransa ilə Afrika ölkələri arasında münasibətlərin yenidən müzakirə olunduğu bir dövrdə baş verib. Son illərdə rəsmi Paris Afrikadakı təsir imkanlarının zəifləməsi və bölgədə artan rəqabətlə üzləşir.

Ekspertlər hesab edirlər ki, bu cür hadisələr Fransanın Afrikadakı imicinə əlavə zərbə vura bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM