satellite   Azerspace-1: 11135 H 30000

Son 9 gündə Hörmüz boğazından ən çox tanker ötən gün keçib

Son 9 gündə Hörmüz boğazından ən çox tanker ötən gün keçib

Hörmüzdəki blokadalara baxmayaraq, son 9 gündə boğazdan ən çox tanker ötən gün keçib.

NTV xəbər verir ki, bu barədə gəmiçiliyi izləmə xidməti “Kpler”in məlumatında deyilir.

Məlumata görə, mayın 11-də boğazdan quru yük, maye qaz, neft məhsulları və taxıl daşıyan 10 gəmi keçib. Bu, mayın 2-də boğazdan keçən 14 gəmidən bəri qeydə alınan ən yüksək rəqəmdir.

Ötən gün boğazdan keçən 10 gəmidən 5-i Körfəzdən çıxıb, digər 5-i isə Körfəzə daxil olub. Həmin gəmilərdən 7-si quru yük, maye qaz, təmiz neft məhsulları və taxıl daşıyıb. Gəmilərin əksəriyyəti İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Oman arasında hərəkət edib, Argentinadan gələn “Star Nasia” və Kanadanın “Star Despoina” tankerləri isə İrana taxıl daşıyıb.

Qeyd edək ki, Hörmüz boğazından keçən gəmilərin hərəkəti ABŞ-İran müharibəsindən əvvəlki səviyyədən təxminən 95 faiz aşağı olaraq qalmaqdadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM