satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb

ABŞ-də inflyasiya son iki ilin ən yüksək həddinə çatıb

Rəsmi rəqəmlərə görə, ABŞ-də illik inflyasiya aprel ayında 2023-cü ilin may ayından bəri ən yüksək səviyyəyə - 3,8 faizə çatıb. Bazarın aprel ayı üçün gözləntisi 3,7 faiz, mart ayı üçün isə 3,3 faiz səviyyəsində olub.

NTV xarici mediaya istinadla xəbər verir ki, illik müqayisədə ötən ay ABŞ-də enerji qiymətləri 17,9 faiz, ərzaq və mənzil qiymətləri isə müvafiq olaraq 3,2 faiz və 3,3 faiz artıb. Aylıq olaraq istehlak qiymətləri aprel ayında 0,6 faiz yüksəlib.

ABŞ Əmək Statistikası Bürosu bildirib: “Enerji indeksi aprel ayında 3,8 faiz artaraq bütün məhsulların aylıq artımının qırx faizindən çoxunu təşkil edib. Mənzil indeksi ay ərzində 0,6 faiz, ərzaq isə 0,5 faiz artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM