satellite   Azerspace-1: 11135 H 30000

BƏƏ-nin hücuma məruz qalmış ən böyük qaz kompleksi gələn il fəaliyyətini bərpa edəcək

BƏƏ-nin hücuma məruz qalmış ən böyük qaz kompleksi gələn il fəaliyyətini bərpa edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İran hücumları nəticəsində zədələnmiş ən böyük qaz emalı kompleksi - "Habshan Gas Processing Plant" 2027-ci ildə tam fəaliyyətini bərpa edə biləcək.

NTV xəbər verir ki, bu barədə kompleksin məxsus olduğu "Adnoc Gas" şirkətinin açıqlamasında bildirilib.

"Aprelin 3 və 8-də baş vermiş iki hadisədən sonra qısa müddətdə kompleksin emal gücünün 60 %-i bərpa edilib. Hazırda şirkət bu göstəricini 2026-cı ilin sonunadək 80 %-ə çatdırmağı, 2027-ci ildə isə gücləri tam bərpa etməyi planlaşdırır", - açıqlamada qeyd olunub.

Bildirilib ki, aprelin əvvəlində İran tərəfindən iki dəfə hücuma məruz qalan müəssisə BƏƏ-də daxili qaz tələbatının ödənilməsində mühüm rol oynayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM