satellite   Azerspace-1: 11135 H 30000

Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir

Qətər ABŞ–İran razılaşması üzrə səylərini davam etdirir

Rəsmi Doha regionda sabitliyin bərpası üçün Körfəz ölkələri ilə koordinasiyanı davam etdirir.

NTV xəbər verir ki, bu fikirləri Qətərin Baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Sani bu gün Dohada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransında səsləndirib.

Qətərli nazir Pakistanın bu kontekstdə rolunun region və bütövlükdə dünya üçün son dərəcə mühüm olduğunu vurğulayıb, Doha və Ankaranın Pakistanın vasitəçilik təşəbbüsünü dəstəklədiyini qeyd edib.

Məhəmməd bin Əbdürrəhman əl-Sani bölgənin həssas mərhələdən keçdiyini, bunun isə qardaş və dost ölkələrlə davamlı məsləhətləşmələr tələb etdiyini deyib.

Qətərin XİN başçısı Hörmüz boğazında naviqasiya azadlığından “silah kimi” istifadə edilməsini pisləyib və bundan təəssüfünü bildirib.

Mətbuat konfransı ABŞ Prezidenti Donald Trampın atəşkəs razılaşmasının taleyi ilə bağlı sərt bəyanatından sonra keçirilib. Tramp aprelin 8-dən qüvvədə olan atəşkəsi “reanimasiya palatasında” olan sazişə bənzədərək, onun pozulmaq ərəfəsində olduğunu istisna etməyib.

Tehran isə rəsmi açıqlamasında diplomatik xətti davam etdirdiyini, eyni zamanda, bütün variantlara hazır olduğunu bildirir. Məlumata görə, İran tərəfi bir neçə gün əvvəl mövqeyini yazılı şəkildə Pakistan vasitəçisinə təqdim edib. Sənəd daha sonra Amerika tərəfinə göndərilib və Vaşinqtonda çox mənfi qarşılanıb.

Müzakirələrdə əsas mübahisə doğuran məqamlar İranın uranın zənginləşdirilməsi hüququnu qoruyub saxlaması, yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının ölkə xaricinə çıxarılmasından imtina etməsi, Hörmüz boğazında “xüsusi status” tələbi, ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması, habelə İslam Respublikasının xaricdə dondurulmuş aktivlərinə qoyulan məhdudiyyətlərin götürülməsi ilə bağlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM