satellite   Azerspace-1: 11135 H 30000

CNN: İsrail Trampın İranla “pis razılaşma” əldə etməsindən narahatdır

CNN: İsrail Trampın İranla “pis razılaşma” əldə etməsindən narahatdır

İsrail rəhbərliyi ABŞ Prezidenti Donald Trampın İranla əsas mübahisəli məsələləri həll etmədən razılığa gələ biləcəyindən narahatdır.

NTV xəbər verir ki, bu barədə CNN İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Mənbələrdən biri bildirib ki, “Trampın pis bir razılaşma əldə edəcəyi ilə bağlı real narahatlıq var”.

Qeyd olunur ki, Tehranın nüvə proqramının qismən saxlanılmasını nəzərdə tutan, lakin ballistik raketlər və regional müttəfiqlərlə bağlı məsələləri əhatə etməyən mümkün razılaşma İsrail tərəfindən qəbuledilməz hesab olunur.

İsrail rəsmilərinin sözlərinə görə, danışıqların uğursuzluğa düçar olması və ya uzanması halında eskalasiya ehtimalı real olaraq qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM