satellite   Azerspace-1: 11135 H 30000

İsrailin hava zərbələri nəticəsində Livanda 13 nəfər ölüb

İsrailin hava zərbələri nəticəsində Livanda 13 nəfər ölüb

İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hücumlar nəticəsində Livanın cənubunda 13 nəfər həlak olub, 14 nəfər yaralanıb.

NTV xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, son 24 saat ərzində “Hizbullah”ın dayaq məntəqələrinin yerləşdiyi yaşayış məntəqələrinə bir neçə hava zərbəsi endirilib.

Qeyd edilir ki, “Hizbullah” ilə əlaqəli bölgələrdə hücumlar intensiv xarakter alıb.

Livan Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, atəşkəs razılaşmasının aprelin 17-dən qüvvəyə minməsindən sonra ölənlərin ümumi sayı 552-yə, yaralananların sayı isə 1149-a çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM