satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə qanunsuz qumar oyunlarından 128 milyon dollar gəlir əldə edən 61 nəfər saxlanılıb

Türkiyədə qanunsuz qumar oyunlarından 128 milyon dollar gəlir əldə edən 61 nəfər saxlanılıb

Türkiyənin 22 vilayətində onlayn qumar oyunlarının təşkili ilə bağlı əməliyyat keçirilib.

NTV "Haber Global"a istinadən xəbər verir ki, Jandarm Baş Komandanlığı tərəfindən keçirilən əməliyyat 5 milyard 800 milyon lirəlik (təxminən 127 milyon 788 min dollar) pul dövriyyəsini ortaya çıxarıb.

Şanlıurfa başda olmaqla, 22 vilayətdə keçirilən əməliyyat nəticəsində ümumilikdə 61 nəfər saxlanılıb.

"Qanunsuz qumar oyunları və cinayət törətmək məqsədilə təşkilat yaratmaq" ittihamı irəli sürülən şübhəlilərin cinayət vasitəsilə əldə edilmiş gəlirlərin transferini də həyata keçirdiyi güman olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM