satellite   Azerspace-1: 11135 H 30000

Tramp: ABŞ İranla dialoqda vasitəçi rolunu oynayan Pakistanı əvəz etməyi planlaşdırmır

Tramp: ABŞ İranla dialoqda vasitəçi rolunu oynayan Pakistanı əvəz etməyi planlaşdırmır

ABŞ İranla dialoq prosesində əsas vasitəçi rolunu oynayan Pakistanı əvəz etməyi planlaşdırmır.

NTV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Xeyr, onlar möhtəşəmdirlər. Pakistanlılar çox yaxşı iş görürlər. Feldmarşal və Pakistanın Baş naziri tamamilə möhtəşəm fəaliyyət göstərirlər”, – deyə Tramp vurğulayıb.

Qeyd edib ki, ABŞ yalnız “yaxşı və məqbul hesab edilən” şərtlər daxilində sülh razılaşmasını imzalamağa hazır olacaq.

Onun sözlərinə görə, hazırkı mərhələdə vasitəçi dəyişdirilməsi gündəmdə deyil və Pakistan dialoq prosesində mühüm rolunu davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM