satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN: Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar tamamlanıb

Türkiyə XİN: Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar tamamlanıb

Ermənistan ilə 2022-ci ildən bəri davam edən normallaşma prosesi çərçivəsində atılan etimadqurucu addımlar çərçivəsində, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqlar 11 may 2026-cı il tarixi etibarilə tamamlanıb. İki ölkə arasındakı ortaq sərhədin açılmasına dair zəruri texniki və bürokratik işlər isə hazırda da davam edir.

NTV xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli açıqlayıb.

Bildirilib ki, həyata keçirilən yeni tənzimləmə sayəsində Türkiyədən üçüncü bir ölkəyə, oradan da Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək gələn malların son təyinat və ya çıxış nöqtəsinin “Ermənistan/Türkiyə” şəklində yazılması mümkün olub. Cənubi Qafqazda davamlı sülh və rifahın gücləndirilməsi istiqamətində yaranan tarixi fürsətin işığında Türkiyə, bölgədə iqtisadi münasibətlərin inkişaf etdirilməsinə və əməkdaşlığın bütün region ölkələri və xalqlarının faydasına daha da irəlilədilməsinə töhfə verməyə davam edəcək”, -deyə Öncü Keçeli əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM