satellite   Azerspace-1: 11135 H 30000

Amerikalı mühəndislər “Tramp marşrutu” layihəsi üçün Ermənistana gəliblər

Amerikalı mühəndislər “Tramp marşrutu” layihəsi üçün Ermənistana gəliblər

Amerikanın “AECOM” mühəndislik konsaltinq şirkətinin nümayəndələri Ermənistana gəliblər. Onlar “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üçün ərazidə tədqiqat işlərinə başlayacaqlar.

NTV xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, “AECOM” komandası İrəvana Dövlət Departamentinin qlobal infrastruktur və investisiya tərəfdaşlığı Fondu adından gəlib.

Qeyd edilir ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla görüşdə layihə üçün hazırlanan texniki-iqtisadi əsaslandırmanın əsas istiqamətini və gözlənilən nəticələri təqdim olunub.

Çərşənbə axşamı Qriqoryan layihənin gedişini müzakirə etmək məqsədilə İrəvanda Dövlət Departamenti və İnkişaf Maliyyə Korporasiyasının nümayəndələrindən ibarət ABŞ nümayəndə heyətini qəbul edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM