satellite   Azerspace-1: 11135 H 30000

Fransada sərnişinin ölümündən sonra 2 minə yaxın insan karantinə alınıb

Fransada sərnişinin ölümündən sonra 2 minə yaxın insan karantinə alınıb

Fransada qastroenterit yayılması fonunda 90 yaşlı sərnişinin ölümündən sonra Bordoda yanalma körpüsündə dayanan "Ambassador Cruise Line" kruiz laynerində 1 700-dən çox insan karantindədir.

NTV  xəbər verir ki, bu barədə BMFTV telekanalı məlumat yayıb.

Onların arasında 514 nəfər heyət üzvüdür.

Ümumilikdə 50-yə yaxın insanda norovirus simptomları müşahidə edilib, bu da yerli səhiyyə orqanlarını karantin elan etməyə məcbur edib.

Şetland adalarından yola düşən və Belfast, Liverpul və Brestdən keçərək Bordoya gələn, daha sonra isə İspaniyaya yollanmalı olan gəminin göyərtəsində əsasən britaniyalı və irlandiyalı sərnişinlər olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM