satellite   Azerspace-1: 11135 H 30000

Bu il Birləşmiş Ştatların sutkalıq neft hasilatının 13,6 milyon barel olacağı gözlənilir

Bu il Birləşmiş Ştatların sutkalıq neft hasilatının 13,6 milyon barel olacağı gözlənilir

ABŞ-nin gündəlik xam neft istehsalı artır.

NTV ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft hasilatı 137 min barel artaraq sutkada orta hesabla 13 milyon 710 min barelə yüksəlib.

Həftə ərzində ABŞ-nin neft idxalı əvvəlki həftəyə görə 424 min barel artaraq sutkalıq 5 milyon 901 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 742 min barel artaraq gündəlik 5 milyon 492 min barel təşkil edib.

EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 650 min barel olacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM