satellite   Azerspace-1: 11135 H 30000

Donald Tramp Si Cinpinlə görüşdə Tayvanla bağlı sualı cavabsız qoyub

Donald Tramp Si Cinpinlə görüşdə Tayvanla bağlı sualı cavabsız qoyub

ABŞ Prezidenti Donald Tramp ÇXR sədri Si Cinpinlə fotoşəkil çəkdirən zaman jurnalistlərin Tayvanla bağlı suallarına cavab verməyib.

NTV xəbər verir ki, ABŞ və Çinin dövlət başçıları fotoşəkil çəkdirmək üçün “Tiantan” məbədində dayanıblar. Bu zaman jurnalistlər görüşdə Tayvan məsələsinin müzakirə olunub-olunmadığı barədə Donald Trampa sual veriblər. Sualı cavabsız qoyan ABŞ Prezidenti üzünü çevirərək mətbuat nümayəndələrindən uzaqlaşıb.

Xatırladaq ki, 1949-cu ildə Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin başçılıq etdiyi Qomindan ordusunun qalıqları Tayvana sığınıb. Ada həmin vaxtdan bəri öz administrasiyası tərəfindən idarə olunur. Pekin Tayvanı ÇXR-in bir əyaləti hesab edir.

Vaşinqton 1979-cu ildə Taybeylə diplomatik münasibətləri kəsib və Pekinin “Vahid Çin” siyasətini qəbul edib. Buna baxmayaraq, Vaşinqton Tayvan administrasiyası ilə əlaqələrini davam etdirir və adanı silahlandırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM