satellite   Azerspace-1: 11135 H 30000

Bakı və İslamabad qarşılıqlı hüquqi yardım mexanizmlərini müzakirə ediblər

Bakı və İslamabad qarşılıqlı hüquqi yardım mexanizmlərini müzakirə ediblər

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycanın ədliyyə naziri Fərid Əhmədovla qarşılıqlı hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi və iki ölkənin məhkəmə sistemlərinin potensialının gücləndirilməsi məsələlərini müzakirə edib.

Bu barədə NTV  Pakistanın Baş nazirinin dəftərxanasına istinadən xəbər verir.

Görüş zamanı Ş.Şərif iki qardaş ölkə arasındakı ikitərəfli münasibətlərin möhkəmlənməkdə davam etdiyini vurğulayıb. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb.

F.Əhmədov öz növbəsində Ş.Şərifə Azərbaycan və Pakistan arasında hüquqi və məhkəmə qarşılıqlı fəaliyyəti sahəsində əməkdaşlığın cari vəziyyəti barədə məlumat verib.

Tərəflər qarşılıqlı hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi və hər iki ölkənin məhkəmə sistemlərinin gücləndirilməsi üzrə fəal işin aparıldığını qeyd ediblər.

Pakistanın Baş naziri əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və bütün sahələrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə tezliklə görüşəcəyinə ümidvar olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM