satellite   Azerspace-1: 11135 H 30000

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

İsveçin "Global Bar Magazine" nəşrində Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun qlobal iqlim məqsədlərinə çatmaqda dayanıqlı şəhərsalmanın roluna və 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü Sessiyasının əhəmiyyətinə həsr olunmuş məqaləsi dərc olunub.

NTV  xəbər verir ki, diplomat Azərbaycanda keçirilən COP29 iqlim konfransı ilə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) qarşıdan gələn Sessiyası arasındakı əlaqəni vurğulayır. O, iqlim problemlərinin dayanıqlı şəhərsalma problemlərinin müzakirəsi olmadan mümkünsüzlüyünü vurğulayıb. Çünki məhz şəhərsalma enerji səmərəliliyi, davamlı mobillik, mənzil siyasəti və iqlim dəyişikliyinə uyğunlaşma məsələlərində əsas rol oynayır.

Məqalədə qeyd olunur ki, sürətli urbanizasiya, qlobal mənzil böhranı və iqlim dəyişikliyinin təsirləri həm inkişaf etməkdə olan ölkələr, həm də Avropa üçün dayanıqlı şəhər məsələsini xüsusilə aktual edir.

“Bu mövzu İsveçdə xüsusilə aktualdır. İsveçin “Viable Cities”, “Vinnova” kimi təşəbbüsləri və Kral Texnologiya İnstitutu (KTH) və Lund Universiteti də daxil olmaqla universitetlərlə əməkdaşlıq iqlim cəhətdən neytral şəhərlərin innovasiya və sistemli yanaşma yolu ilə necə inkişaf edə biləcəyini nümayiş etdirir”, - deyə Z. Əhmədov vurğulayır.

Məqalədə İsveç ilə Azərbaycan arasında tarixi və müasir əlaqələrə xüsusi diqqət yetirilir. Xüsusilə, Bakının neft sənayesinin inkişafında və XIX əsrdə “Branobel” şirkətinin təsis edilməsində əsas rol oynamış Nobel qardaşlarının - Robert, Lüdviq və Alfredin gördükləri işlərdən bəhs olunur. Həmçinin ilk müasir neft tankeri olan “Zərdüşt” (“Zoroastr”), boru kəmərlərinin tikintisi və “Ericsson” tərəfindən telefon xətlərinin çəkilməsi də daxil olmaqla, Bakıda texnoloji yeniliklərin tətbiqi vurğulanır.

Müəllif, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq sahələrini vurğulayır. Xüsusilə, “Innovation and Digital Development Agency” (IDDA) nümayəndələri “Smart City Sweden” və İsveçin digər təşkilatları ilə qarşılıqlı fəaliyyət çərçivəsində “ağıllı” şəhərlərdə bu ölkənin təcrübəsini öyrənmək məqsədilə Stokholma səfər ediblər.

Z. Əhmədov qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi qlobal çağırışlar fonunda şəhərlərin gələcəyi, sosial inteqrasiya, innovasiya və davamlı inkişaf mövzularını müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM