satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Qazaxıstan müdafiə-sənaye kompleksi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Qazaxıstan müdafiə-sənaye kompleksi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır

Azərbaycan Dövlət İnformasiya Agentliyi  

DÜNYA

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Qazaxıstan müdafiə-sənaye kompleksi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır

14.05.2026 [21:53]

A+ A-

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Qazaxıstan müdafiə-sənaye kompleksi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır

Ankara, 14 may, AZƏRTAC

 

Türkiyə və Qazaxıstan müdafiə-sənaye kompleksi sahəsində, o cümlədən birgə istehsalın qurulmasını nəzərdə tutan yeni layihələrin həyata keçirilməsi ilə bağlı siyasi iradəni təsdiqləyiblər. İki ölkə arasında bu istiqamətdə fəal əməkdaşlıq uzun müddətdir davam edir.

NTV xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən Türkiyə-Qazaxıstan biznes-forumunda səsləndirib.

O, Qazaxıstanı Mərkəzi Asiyanın ən güclü iqtisadiyyatına malik ölkəsi adlandırıb. “Ötən ilin yekunlarına görə, Qazaxıstanın xarici ticarət dövriyyəsi 145 milyard dollara çatıb, ÜDM artımı heyrətamiz 6,5 faiz təşkil edib, adambaşına düşən gəlir isə 15 min dollara yaxınlaşıb. Astana Ankara ilə ticarət tərəfdaşları arasında Türk dünyasında birinci yerə yüksəlib”, – deyə Türkiyə Prezidenti bildirib.

Onun sözlərinə görə, Qazaxıstan iqtisadiyyatının müxtəlif sektorlarına ümumilikdə 6 milyard dollar sərmayə yatırmış 5,5 minədək Türkiyə şirkəti təkcə bu ölkənin rifahına deyil, həm də Ankara ilə Astana arasında qardaşlıq münasibətlərinə töhfə verir.

Türkiyənin dövlət başçısı dəmir yolu xətlərinin, liman infrastrukturunun və rəqəmsal gömrük sistemlərinin inteqrasiyası yolu ilə Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində göstərilən səylərə diqqət çəkib. “Ölkələrimizi bir-birinə yaxınlaşdırmaqla Avrasiya regionunun qlobal iqtisadiyyatda rəqabət qabiliyyətini artırmağa çalışırıq”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan, həmçinin Ankaranın “Qazaxıstandan böyük həcmdə neftin Türkiyə vasitəsilə dünya bazarlarına nəqlinə” hazır olduğunu təsdiqləyib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM