satellite   Azerspace-1: 11135 H 30000

Şübhəli dron fəaliyyəti səbəbindən Helsinki hava limanı müvəqqəti bağlanıb

Şübhəli dron fəaliyyəti səbəbindən Helsinki hava limanı müvəqqəti bağlanıb

Finlandiya hakimiyyəti paytaxt Helsinki şəhəri ərazisində şübhəli dron fəaliyyəti barədə məlumat yayıb.

NTV-nin  "Reuters"ə istinadən verdiyi məlumata görə, Helsinki hava limanı yeni məlumatlara əsasən uçuşları müvəqqəti olaraq dayandırıb.

Finlandiyanın Baş naziri Petteri Orpo səlahiyyətli orqanların artıq lazımi tədbirləri gördüyünü bildirib.

"Hakimiyyət orqanları tədbirlər görür. Müdafiə Qüvvələri öz nəzarət və cavab tədbirləri imkanlarını gücləndirib. Hər kəsi rəsmi elanlara əməl etməyə çağırıram", - deyə o, "X" sosial şəbəkə hesabında yazıb.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM