Rusiya sərhədindən 10 km məsafədə, Finlandiyada kəşf edilən qızıl yataqlarının həcmi ilkin hesablamalardan daha böyük olub.
NTV xəbər verir ki, bu barədə Finlandiyanın Yle teleradio şirkəti məlumat yayıb.
Qeyd olunub ki, Endomines mədən şirkəti qış qazma əməliyyatları zamanı Şimali Kareliya bölgəsindəki Ukkolanvaara qaya massivində dörd yeni qızıl yataqları aşkar edib.
Endomines şirkətinin baş direktoru Kari Vıxtinenin sözlərinə görə, perspektivli zonalar mövcud məlum yataqlardan təxminən 5,8 kilometr cənubda yerləşir. O bildirib ki, kəşflər ərazidə böyük bir qızıl mədən sisteminin mövcudluğunu göstərir.
"Nəticələr Ukkolanvaaradakı Ukko yatağının yüksək qızıl potensialını təsdiqləyir. Bir quyuda üç belə yüksək keyfiyyətli qızıl zonası əvvəllər heç vaxt görmədiyimiz bir şeydir", - deyə Vıxtinen bildirib.
