satellite   Azerspace-1: 11135 H 30000

“Reuters”: ABŞ Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır

“Reuters”: ABŞ Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır

ABŞ Kuba inqilabının liderlərindən biri, ordu generalı Raul Kastroya qarşı ittiham irəli sürməyə hazırlaşır.

NTV  xəbər verir ki, “Reuters” agentliyi bu barədə ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb. Agentlik qeyd edir ki, 94 yaşlı Kastronun mümkün ittihamının vaxtı hələlik məlum deyil. Buna nail olmaq üçün Ədliyyə Nazirliyi böyük münsiflər heyətinin dəstəyini təmin etməlidir.

“CBS News” telekanalının məlumatına görə, ittihamlar 1996-cı ildə Kuba Hərbi Hava Qüvvələrinin Mayamidə yerləşən “Qardaşlar köməyə gəlir” adlı mühacir təşkilatına məxsus iki təyyarəni vurması ilə əlaqəli ola bilər. Belə ki, Florida ştatının prokurorluğu bu iş üzrə istintaqı yenidən başladıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff dünən Kubaya səfəri zamanı Raul Kastronun nəvəsi Raul Gilermo Rodriges Kastro ilə görüşüb. O, Kubanın fundamental dəyişikliklər edəcəyi təqdirdə ABŞ-nin iqtisadi və təhlükəsizlik məsələləri üzrə ciddi əməkdaşlıq etməyə hazır olduğu barədə Prezident Trampın mesajını çatdırıb.

Martın 13-də Kuba Prezidenti Migel Dias-Kanel Havana və Vaşinqtonun ikitərəfli fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək məqsədilə danışıqlar apardığını açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM