satellite   Azerspace-1: 11135 H 30000

Rusiya qoşunlarının hücumuna məruz qalan Kiyevdə axtarış-xilasetmə işləri başa çatıb

Rusiya qoşunlarının hücumuna məruz qalan Kiyevdə axtarış-xilasetmə işləri başa çatıb

Kiyevin Darnitski rayonunda Rusiya qoşunlarının mayın 14-də hücumlarından sonra aparılan sonra axtarış-xilasetmə işləri başa çatıb. Yekun nəticələrə görə, 24 nəfər həlak olub, 48 sakin yaralanıb.

NTV bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenkonun “Telegram” kanalında paylaşımına istinadla xəbər verir. O qeyd edib ki, axtarış-xilasetmə işləri 28 saatdan artıq davam edib.

Xilasedicilər dağılmış binanın konstruksiyasının 3000 kubmetrdən çox hissəsini qaldırıblar. Rusiyanın atdığı raket demək olar ki, bütün bloku tamamilə dağıdıb.

Hazırda üç uşaq da daxil olmaqla 24 nəfərin öldüyü təsdiqlənib. Daha 48 sakin yaralanıb.

Təxminən 400 nəfərə Dövlət Fövqəladə Hallar Xidmətinin və Milli Polisin psixoloqları kömək ediblər. Onlar faciə yerində qurbanlara və onların ailələrinə dəstək veriblər.

Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri təcili bərpa əməliyyatlarını bərpa edib.

Bu gün Kiyevdə dünənki kütləvi Rusiya hücumunda həlak olanlar üçün matəm günüdür.

Ölənlər arasında 12, 15 və 17 yaşlı qızlar var.

Xatırladaq ki, mayın 14-də gecə saatlarında Rusiya qoşunları Kiyevə ən güclü hava zərbələrindən birini endirib. Şəhərin bir neçə rayonu hücumlara məruz qalıb, lakin ən ağır nəticələr Darnitski rayonunda qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM