satellite   Azerspace-1: 11135 H 30000

Avropada 1,3 milyon evsiz insanın 350 mini Fransada yaşayır

Avropada 1,3 milyon evsiz insanın 350 mini Fransada yaşayır

Son göstəricilərə əsasən Avropa Birliyi ərazisində təxminən 1,3 milyon insan daimi yaşayış yeri olmadan yaşayır. Evsizlərlə İşləyən Milli Assosiasiyaların Avropa Federasiyası (FEANTSA) və Avropa Şurası tərəfindən təqdim olunan hesablamalara görə, bu göstərici son on ildə 70 faiz artıb.

NTV xəbər verir ki, mütəxəssislərin bu artımı əsasən mənzil böhranı, kirayə haqlarının yüksəlməsi və iqtisadi çətinliklərin getdikcə daha çox aztəminatlı ailəyə təsir etməsi ilə əlaqələndirirlər.

Fransa isə vəziyyətin ən narahatlıq doğurduğu ölkələrdən biridir. “Fondation pour le Logement des Défavorisés” təşkilatının 2026-cı il hesabatına əsasən, ölkədə təxminən 350 min evsiz insan var. Bu rəqəm Statistika və İqtisadi Tədqiqatlar Milli İnstitutu (INSEE) tərəfindən 2012-ci ildə aparılmış araşdırmadakı 143 min nəfərlə müqayisədə 2,5 dəfə çoxdur. 350 min evsiz insanın təxminən 30–40 mininin küçələrdə gecələdiyi bildirilir. Digərləri isə fövqəladə sığınacaqlarda, sosial otellərdə və ya olduqca qeyri-sabit yaşayış şəraitində qalırlar. Ümumilikdə isə Fransada 4,2 milyondan çox insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır.

Humanitar təşkilatlar xəbərdarlıq edir ki, struktur xarakter daşıyan mənzil böhranı xüsusilə 2025-ci ildə daha da dərinləşib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM