ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki bal zalının 2028-ci ilin sentyabrında hazır olacağını bəyan edib.
NTV xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Çində bal zalı var və o, ABŞ-da da olmalıdır", - o, Pekinə səfərini şərh edərək yazıb.
"O, hazırda qrafikdən qabaq tikilir və ABŞ-da bu tipli ən yaxşı obyekt olacaq. Açılış təxminən 2028-ci ilin sentyabrına planlaşdırılıb", - o yazıb.
