Türk Dövlətləri Təşkilatı qardaş ölkələr arasında ticarət, iqtisadi, yüksək texnologiyalar, rəqəmsal, mədəni və humanitar əməkdaşlığı gücləndirən unikal platformadır.
NTV xəbər verir ki, bu açıqlamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstanda keçirilən Türküstan Dövlətləri Birliyinin qeyri-rəsmi Zirvə görüşündə verib.
“Türk dünyası daim barışıq şəraitində yaşamalı və bəyan etdiyimiz məqsədlərdən yayınmadan birlikdə inkişaf etməlidir. Bu səbəbdən bugünkü görüş, şübhəsiz ki, ortaq köklərə və tarixə malik ölkələrimizin birliyini gücləndirəcək”, - deyə Qazaxıstan lideri vurğulayıb.
Tokayev, həmçinin qeyd edib ki, Türk Dövlətləri Təşkilatı geosiyasi layihə və ya hərbi təşkilat deyil, onun inkişafı isə Qazaxıstanın milli maraqları nöqteyi-nəzərindən açıq şəkildə faydalıdır.
