satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti: İnkişaf edən Türk dünyası məqsədimizdir

Türkiyə Prezidenti: İnkişaf edən Türk dünyası məqsədimizdir

Gələcəyin dünyasında daha çox söz və təsir sahibi ola bilmək üçün xüsusilə texnologiyada əməkdaşlığımızı ən üst səviyyəyə çıxarmaq məcburiyyətindəyik. Zirvəmizin "Süni intellekt və rəqəmsal inkişaf" mövzusu ilə reallaşdırılmasını bu baxımdan çox uğurlu hesab edirəm. Gələcəyə istiqamət vermək nöqtəsində, rəqəmsallaşaraq inkişaf edən Türk dünyası düşüncəsini mənimsəməyimiz böyük önəm daşıyır.

NTV xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu məqsəd keyfiyyətli insan resursu, güclü rəqəmsal infrastruktur və dataəsaslı ictimai idarəetmə anlayışı üzərində inşa edilməli, Türk dünyası arasındakı əlaqələr qüvvətləndirilməlidir. “Ölkələrimiz arasında ortaq texnologiya layihələrinin inkişaf etdirilməsi, heç şübhəsiz, bu vizyonu dəstəkləyəcək. Rəqəmsal transformasiya prosesində geri qalmağımızın müstəqilliyimizi də təhdid edən bir ünsür olacağının fərqindəyik. Süni intellektin bir hökmranlıq vasitəsinə çevrilməməsi üçün bu mövzuya doğru bir yanaşma ilə fürsət pəncərəsindən nəzər salmalıyıq”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM