satellite   Azerspace-1: 11135 H 30000

İŞİD-in yüksəkrütbəli liderlərindən biri zərərsizləşdirilib

İŞİD-in yüksəkrütbəli liderlərindən biri zərərsizləşdirilib

ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Nigeriya hərbçiləri ilə birgə əməliyyat zamanı İŞİD terror qruplaşmasının yüksəkrütbəli liderlərindən biri Əbu Bilal əl-Mainuqini zərərsizləşdirdiyini açıqlayıb.

NTV xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Dünyada İŞİD-in ikinci ən yüksəkrütbəli lideri hesab olunan Əbu Bilal əl-Mainuqi Afrikaya qaçaraq gizlənə biləcəyini düşünürdü. Lakin o, fəaliyyəti barədə bizi məlumatlandıran mənbələrimizin olduğunu bilmirdi. O, artıq Afrikada insanlara terror etməyəcək və amerikalılara qarşı əməliyyatların planlaşdırılmasında iştirak etməyəcək”, - deyə Tramp bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM