Çin qarşıdakı üç il ərzində ABŞ-dən hər il ən azı 17 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları alacaq.
NTV xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunmuş açıqlamada bildirilib.
Sənəddə qeyd olunur ki, Çin soya lobyası üzrə mövcud alış öhdəliklərinə əlavə olaraq, 2026, 2027 və 2028-ci illərdə hər il azı 17 milyard dollar dəyərində ABŞ kənd təsərrüfatı məhsulları idxal edəcək.
Açıqlamada, həmçinin vurğulanıb ki, Çin ABŞ mal ətinin öz bazarına çıxışını bərpa edib və ABŞ-dan quş əti idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
