satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin "Haber Global" kanalı WUF13-un ikinci günündən videoreportaj hazırlayıb - VİDEO

Türkiyənin "Haber Global" kanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ikinci günündən (WUF13) videoreportaj hazırlayıb.

NTV xəbər verir ki, reportajda 182 ölkədən 40 mindən çox şəxsin iştirak etdiyi vurğulanıb.

Videomaterialda bildirilib ki, Misirdə iki il əvvəl keçirilən WUF 12-də 24 min şəxs iştirak edib. Bu da Bakıda keçirilən forumda iştirakçıların sayında 2 dəfə çox olması diqqətə çatırdılıb.

Videomaterialda "WUF13" Azərbaycanın, Bakının ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbirlərdən biridir.

Sujetdə Türkiyənin də burada yüksək təmsilçiliyi qeyd olunub. Bildirilib ki, Türkiyə WUF13-də milli stendlə çıxış edir. Stendə zəlzələ sonrası şəhərçilik istiqamətində görülən işlər, həmçinin 3 il ərzində Türkiyədə 455 min yaşayış binasının tikilərək zəlzələdən əziyyət çəkən vətəndaşlara təhvil verildiyi qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM